"Açıq dərslər" keçirilir
Aprel ayının 17-dən başlayaraq məktəb-liseydə "Açıq dərslər"in keçirilməsinə start verilmişdir. "Açıq dərslər" riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya, təsviri incəsənət, musiqi və fiziki tərbiyə fənlərini əhatə edir. Müəllimlər açıq dərs verməklə, sanki hesabat verirdilər. Dərslər ciddi müzakirə olunmuş və müəllimlərə daha yüksək nəticələrə nail olmaq üçün zəruri tövsiyələr verilmişdir.