Şagirdlərin "Azərbaycanın dərman bitkiləri" mövzusunda təqdimatları

22 dekabr 2015-ci il tarixdə biologiya müəllimi Kəmalə İslamın rəhbərliyi ilə məktəbin 7a sinif şagirdləri "Azərbaycanın dərman bitkiləri" mövzusunda hazırladıqları layihəni təqdim etdilər. Şagirdlər 4 qrupa bölünmüşdülər. Birinci qrup Azərbaycanın təbii coğrafi şəraitinə uyğun dərman bitkilərinin yayılması barədə slaydlar hazırlamışdı. İkinci qrup səhnəciklə həm həyatımızda yerini ,həm də bəzi dərman bitkilərinin yalnız Azərbaycanın müəyyən bölgələrində yayıldığını göstərdilər. Üçüncü qrup öz təqdimatını video-çarxla göstərdilər. Böyüklərdən müsahibə almaqla və başqa yollarla ayrı-ayrı bölgələrimizdə dərman bitkilərinin dialekt adlarını,yerli yeməklərə qatılan təbii otların dərman əhəmiyyətini açıqladılar. Dördücü qrup biomüxbirlər isə qəzet hazırlamışdılar. Həm dərman bitkiləri haqqında məlumat, həm viktorina,həm də xəritə üzərində iş təqdim etdilər.Şagirdlərmiz gözəl təqdimat hazırlamışdılar. Layihənin təqdimatında məktəb-liseyin V-VII siniflər üzrə direktor müavini İradə Əliyeva, biologiya müəllimi Zərqələm Mahmudova iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi