Sənədlər qəbul olunur
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən uşaqların ümumtəhsil məktəblərinin I siniflərinə qəbul olunması üçün elektron ərizələrin qəbuluna başlanmışdır. Kİfayət qədər ərizələr daxil olunmuşdur. Artıq ərizələri qeydiyyatdan keçmiş uşaqların sənədlərinin qəbulu prosesi həyata keçirilir. Valideynlər sənədləri məktəbə təqdim edirlər. Bəzi hallarda uşaqlar da valideynləri ilə birlikdə məktəbə gəlirlər. Uşaqların zahiri görkəmindən onların məktəbin açılmasını səbrsizliklə gözlədikləri görünür. Valideynlərin uşaqlarının təhsilinə ciddi önəm verdikləri bizi hədsiz məmnun edir. Ulu öndərin "Təhsil millətin gələcəyidir" və cənab Prezidentin "Təhsil bizim gələcəyimizdir" proqram xarakterli müdrik fikirlərini həyata keçirəcək, valideynlərin bizə inamını doğruldacağıq.