20 Yanvar - Ümumxalq Hüzn Günüdür
19 yanvar 2018-ci il tarixdə 83 nömrəli məktəb-liseyda "20 Yanvar - Ümumxalq Hüzn Günüdür" mövzusunda ədəbi-bədii tədbir keçirilmişdir. Məktəb-liseyin şagirdlərinin ifasında SSRİ rəhbərliyinin qeyri-insani hərəkətləri qeyd edilmiş, şəhidlərin ölməz ruhu yad edilmiş, şəhidlərə həsr edilmiş şeirlər səsləndirilmiş, səhnəciklər göstərilmişdir. Tədbirdə Respublika nüharivə, əmək və silahlı qüvvələrinin veteran təşkilatının gənclərin hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, əmək veteranı, Əlfaim İsmayılov, Binəqədi rayon veteranlar təşkilatının sədri, istefada olan polis polkovniki Telman Hətəmov, "20 Yanvar şəhidlərinin dəfn komissiyasının üzvləri Azər Nəbiyev, Əli Məmmədov və İslam Göyüşov və məktəb-liseyin direktoru Nəbi Mahmudov çıxış etmiş, "20 Yanvar"ın Azərbaycan xalqının tarixində qəhrəmanlıq səhifəsi olduğunu, qeyd etmiş, Ulu öndərin ailə üzvləri ilə birlikdə 21 yanvar 1990-cı ildə Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gəlməsini, orada çıxış etməsini, hadisələrə düzgün siyasi qiymət verməsini, SSRİ rəhbərliyini ciddi tənqid etməsini yüksək qiymətləndirmişlər. Ümummilli liderin və onun siyasi varisi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "20 Yanvar" şəhidlərinin xatirələrinin əbədiləşdirilməsi, onlara və ailə üzvlərinə daim diqqət və qayğı göstərməsi bir daha vurğulanmışdır.