83 nömrəli məktəb-liseydə Ümummilli lider Heydər Əliyevin anım mərasimi keçrilib.
Bu gün Bakı şəhəri Həbuulla Hüseynov adına 83 nömrəli məktəb-liseydə ümummilli lider Heydər Əliyevin anım mərasimi keçirilib.Tədbir ilk öncə “Hərəyə bir ağac əkək” bu ibrətamiz fikrə qoşularaq hərəyə bir gül əkək devizi altında məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini İradə Əliyevanın rəhbərliyi ilə V-VII sinif şagirdlərinin təşkil etdiyi sərgi keçrildi. Daha sonra tədbir akt zalında davam etdirildi. Təşkil olunmuş tədbirdə ilk öncə ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri açan məktəb-liseyin direktoru Nəbi Mahmudov ulu öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən və azərbaycançılıq ideyalarından bəhs edib,ümummilli liderin siyasi kursunun prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bütün sahələrdə olduğu kimi təhsil sahəsində də islahatların həyata keçrildiyini, nailiyyətlər əldə olunduğunu və bu istiqamətdə fəaliyyətin daha da geniş aspektdə vüsət aldığını qeyd etdi. Sonra məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini İradə Əliyeva çıxış edərək Heydər Əliyevin böyük tarixi şəxsiyyət, Müstəqil Azərbaycanın qurucusu, banisi,və onun müdrikliyi,uzaqgörən siyasəti nəticəsində Azərbaycanın sözün əsl mənasında müstəqil dövlətə çevirdiyini bildirdi. Tədbirdə ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinə həsr edilmiş sənədli film nümayiş etdirildi.Çıxış edən digər natiqlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətləri barədə danışdılar.