"Vətən onu qoruyanındır"
18 dekabr 2017-ci il tarixdə məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat fənn metodbirləşməsinin sədri Rəna Vəliyeva və fənn müəllimləri Zəhra Qəmbərova və Samirə Əhmədovanın təşkilatçılığı ilə "Vətən onu qoruyanındır" mövzusunda ədəbi-bədii gecə keçirilmişdir. Gecəni giriş sözü ilə açan Azərbaycan dili və ədəbiyyat müəllimi Samirə Əhmədova Vətənin ən yüksək dəyər olduğunu vurğulamış, vətəndaşların - şagirdlərin Vətən qarşısında borc və vəzifələrindən danışmışdır. Ədəbi-bədii gecədə video-çarx nümayiş olunmuş, şagirdlərin ifasında şeirlər və mahnılar səsləndirilmiş, rəqs nömrələri nümayiş olunmuşdur.