Ulu Öndərin "Anım Günü" keçirilmişdir

12 dekabr 2017-ci il tarixdə Azərbaycan xalqının dahi oğlu, Ulu Öndərimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş  "Anım Günü" adlı tədbir keçirilmişdir. 

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Ümummilli liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 

Tarix müəllimləri - Sevinc Allahverdiyeva və Cəmilə Hacıyevanın rəhbərliyi ilə hazırlanmış tədbirdə şagirdlər Ulu Öndərin həyatının müxtəlif anlarını, müasir Azərbaycan dövlətinin müstəqilliyinin əbədiliyinin, daimiliyin və dönməzliyinin təmin olunmasında ONUN əvəzsiz xidmətlərini bir daha diqqətə çatdırmışlar. Tədbirdə məktəb-liseyin direktoru Nəbi Mahmudov çıxış etmiş, dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycanın gələcəyinin təmin olunması üçün bütün sahələri əhatə edən saysız-hesabsız işlərin həyata keçirildiyini vurğulamışdır.  

Tədbir "Dahi" mahnısının sədaları ilə başa çatmışdır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi