Bayrağımız - qürur mənbəyimizdir!

07 dekabr 2017-ci il tarixdə məktəb-liseydə "Bayrağımız - qürur mənbəyimizdir!" adlı tədbir keçirilmişdir. "İnnovativ təşəbbüslər" İctimai Birliyinin sədri Əşrəf Əhmədov və "Şəhid ailələrinə sosial dəstək" İctimai Birliyinin sədri Almaz Zeynalovanın təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənəvi psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr şöbəsinin dövlət müşaviri Zümrüd Səmədova və baş zabiti İlkin Qayıbov, Təhsil Nazirliyinin Milli Təhsil Texnologiyaları Mərkəzinin əməkdaşı Nigar Şahhüseynbəyova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  ictimaiyyətlə əlaqələr sektorunun aparıcı məsləhətçisi Qabil Babayev, şəhid anaları, "Qarabağ" həndbol klubunun üzvləri iştirak etmişlər.

Azəörbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə məktəb-liseyin direktoru Nəbi Mahmudov çıxış etmiş, gələcəyimiz olan bugünün şagirdlərinin doğma vətənimizə, bayrağımıza məhəbbət ruhunda tərbiyə edilməsinin, bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsinin  əhəmiyyətini vurğulamışdır.

Məktəb-liseyin ibtidai sinif müəllimi Aynurə Müseyiblinin rəhbərlik etdiyi 4 "b" - "Sağlam Təhsil" sinfinin, həmçinin 4 ç və 3 ç siniflərinin şagirdləri də Bayrağa həsr edilmiş şeirləri, musiqi nömrələrini səsləndiriblər. 

Tədbirdə Azərbaycan Respublikasının üç rəngli Dövlət Bayrağı məktəb-liseyə təqdim edilmiş, məktəblilər Bayrağa "Sədaqət" andı içmiş və Dövlət Bayrağının təbliği ilə bağlı sosial video-çarx nümayiş olunmuşdur. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi