"Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi"
Məktəb-liseydə "Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi"nin ilkin turu keçirilmişdir. Turda, tərkibi 3 nəfərdən - IX, X və XI sinif şagirdlərindən ibarət komandalar iştirak etmişdir. Yarışda iştirak edən 3 komandadan adları aşağıda qeyd olunan şagirdlərdən ibarət komanda münsiflər heyətinin qərarı ilə qalib hesab olunmuş və onların final mərhələsində iştirakı barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətin təşkili sektoruna məlumat göndərilmişdir:
İslam Əminə Azər qızı - 9-cu sinif
Sadıxov Faiq İlqar oğlu - 10-cu sinif
İsmayılova Səma Niyazi qızı 11-ci sinif