Yürüş keçirilmişdir
08 noyabr 2017-ci il tarixdə "Sağlam Təhsil - Sağlam Millət" layihəsi çərçivəsində məktəb-liseydə təhsil alan I-IV sinif şagirdlərinin "9 noyabr - Bayraq Günü"nə həsr edilmiş yürüşü keçirilmişdir. 3 "ç" "Sağlam Təhsil" sinfinin şagirdləri sinif müəllimi Həyat Miriyevanın rəhbərliyi ilə "9 noyabr - Bayraq Günü" münasibəti ilə hazırladıqları proqramı təqdim etdilər. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti aparatının baş məsləhətçisi Elnur Məmmədov, Təhsil Nazirliyinin Milli Təhsil Texnologiyaları Mərkəzinin əməkdaşı Nİgar Şabanbəyova, "Sağlam Təhsil - Sağlam Millət" layihəsinin gigiyenik eksperti, Tibb UNiversitetinin dosenti Zöhrə İsmayılova, layihənin metodisti Aynur Zülfüqarova iştirak etmiş, tədbirlə bağlı münasibətlərini bildirmişlər.