"Sağlam Təhsil - Sağlam Millət" - valideynlərlə görüş keçirilmişdir
07 noyabr 2017-ci il tarixdə övladları məktəb-liseyin "Sağlam Təhsil" siniflərində təhsil alan valideynlərlə "Sağlam Təhsil - Sağlam Millət" layihəsi çərçivəsində görüş keçirilmişdir. Yığıncaqda Azərbaycan Tibb Universitetinin dosenti, "Sağlam Təhsil" layihəsində gigiyenik ekspert Zöhrə İsmayılova, layihənin metodisti Xalidə Həmidova çıxış etmiş, valideynləri maraqlandıran sualları cavablandırmışlar. Görüş diskussiya şəraitində keçmişdir. Valideynlər "Sağlam Təhsil - Sağlam Millət" layihəsinin davamlı olmasını, ümumi orta səviyyəsində də davam etdirilməsini təklif etmişlər.