Bebras müsabiqəsi haqqında

•Bebras müsabiqəsi dünyanın 35-dən çox ölkəsində keçirilməkdədir və bu say hər il artmaqdadır. Azərbaycan bu müsabiqəyə 2012-ci ildə qoşulmuş və Azərbaycan məktəbliləri ilk dəfə olaraq Beynəlxalq Bebras Həftəsində 2014-cü ildə, 82 məktəbdən olmaqla 4184 şagirdlə iştirak etmişdir.Müsabiqənin əsas məqsədi oyunlar və əyləncə xarakterli məsələlərlə İnformasiya Texnologiyaları və Kompüter Elmləri sahəsinə şagirdlərin marağını oyatmaqdır. Məsələlər elə formada tərtib olunur ki, şagirdlərdən xüsusi biliklər (proqramlaşdırma, dərin riyazi biliklər, alqoritmləşdirmə və s.) tələb olunmasın. Elə müsabiqənin əsas məqsədi də xüsusi bilikləri olmayan, lakin təfəkkürləri İT sahəsində güclü ola biləcək şagirdləri qiymətləndirməklə aşkar etməkdir. Bebras İnformatika Müsabiqəsi beynəlxalq Bebras təşəbbüsünün ərsəyə gətirdiyi bir müsabiqədir. Bu müsabiqə məntiqi oyunlar və suallar vasitəsilə İnformatika və Alqoritmik düşüncə tərzinin inkişafına dəstək verir. Bu müsabiqədə şagirdlərin informasiya texnologiyaları üzrə təfəkkürləri və kompüter vərdişləri test vasitəsilə yoxlanılır və qiymətləndirilir. Suallar testlər şəklindədir və heç bir dərin informatika bilikləri, proqramlaşdırma bilikləri tələb etmir. Daha sonra həmin şagirdlərə Azərbaycanın İnformatika üzrə Olimpiada komandasının rəhbərləri tərəfindən bir neçə il müddətində hazırlaşdırılaraq Beynəlxalq İnformatika Olimpiadalarında (İOİ) iştirakı üçün lazımı dəstəyin verilməsi nəzərdə tutulub. Hazırda 30-dan çox ölkədə (Kanada, Yaponiya, Almaniya, İtaliya, Polşa, ABŞ və s.) rəsmi olaraq Bebras müsabiqəsi mütəmadi keçirilir. Hər il müxtəlif ölkələrdə bu müsabiqənin keçirilməsi davam edir. Bu il Noyabr ayının 5-11 tarixləri arasında 12-ci Beynəlxalq Bebras həftəsidir.Bu müsabiqə 5-11.2015-ci il tarixlərdə məktəb-liseydə informatika müəllimləri Fatma Hacıyeva və Nailə Quliyeva tərəfindən təşkil olunmuşdur.Ümumiyyətlə müsabiqədə 120 nəfər şagird iştirak etmişdilər.Onlardan 72 nəfər Azərbaycan bölməsi, 48 nəfər rus bölməsində təhsil alan şagirdlər iştirak ediblər. Müsabiqə 4 səviyyədə aparılıb: İbtidai siniflər, 5-6- cı siniflər, 7-8 – ci siniflər, 9-11- ci siniflə.Adları aşağıda qeyd olunan şagirdlərmiz yüksək nəticə göstərərək qalib olmuşdular.Qaliblərmizi təbrik edirik.1.Siyarə İsmiyeva -142 bal -8b sinfi-1 yer2.Əminə İslam- 130 bal-7a sinfi-2 yer3.Hüseyn Süleymanlı -104 bal-9b sinfi -3 yer4.Mətin Bayram İbrahimli-103 bal- 11b sinfi- 4 yer
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi