Məktəblərarası əlaqələr genişlənir

3 noyabr 2017-ci il tarixdə məktəb-liseyin bir qrup əməkdaşı Bakı şəhər 3 nömrəli tam orta məktəbin pedaqoji kollektivinin nümayəndələri ilə işgüzar görüş keçirmişdir. məktəb-liseyin riyaziyyat müəllimləri Vəfa Sadıxova və Rəna Rzayeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Raziyeva, təsviri incəsənət müəllimi Xatirə Xudiyeva ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsində formativ qiymətləndirmənin rolu, təhsilalanların fəaliyyətinin izlənilməsi, biliklərinin bacarığa çevrilmə səviyyəsinin müəllimin formativ qiymətləndirmə dəftərində və Məktəbli kitabçasında qeyd edilməsi, nailiyyət qiymətləndirilməsinə hazırlanması ilə bağlı təqdimatlarla çıxış etmişlər. Hər iki təhsil müəssisəsinin rəhbərləri yekunda çıxış etmiş, əlaqələrin əhəmiyyətli olacağını vurğulamış və müvafiq tövsiyələr vermişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi