"Yemək süfrələri və onların tərtibatı" mövzusunda nümunəvi dərs

31.10.2017-ci il tarixdə 83 nömrəli məktəb-liseyin 4"b" "Sağlam Təhsil" sinfinin müəllimi Aynur Müseyiblinin texnologiya fənnindən "Yemək süfrələri və onların tərtibatı" mövzusunda nümunəvi dərsi keçirilib. Dərsdə Təhsil Nazirliyinin Təhsil İslahatlar Sektorunun məsləhətçisi Şəbnəm Cabbarova, Milli Təhsil Texnologiyaları Mərkəzinin sosioloji blokunun rəhbəri Nigar Şahhüseynbəyova, "Sağlam Təhsil-Sağlam Millət" layihəsinin pedaqoji blokunun rəhbəri, Bakı Mühəndislik Universitetinin pedaqogika kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru Cəmil Məmmədov, Azərbaycan Tibb Universitetinin dosenti Zöhrə İsmayılova, məktəb-liseyin rəhbərliyi, müəllim və valideyn icmasının üzvləri iştirak edib. şagirdlər süfrə mədəniyyəti haqqında məlumat verdilər, onlar süfrənin atributlarını əyani şəkildə nümayiş etdirdilər.Şagirdlərin maraqlı çıxışları, fikirlərini sərbəst ifadə edə bilmələri, obrazları təbii canlandırmaları münsiflər tərəfindən yüksək qiymətləndirildi. Çıxış edənlər şagirdlərin sağlam böyümələri və hərtərəfli təhsil almaları üçün hərtərəfli şərait yaratdıqları üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının I vitse-Prezident Mehriban xanım Əliyevaya, təhsil naziri cənab Mikayıl Cabbarova öz minnətdarlıqlarını bildirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi