Təhsilalanların fəaliyyəti izlənilir...

83 nömrəli məktəb-liseydə təhsilalanların fəaliyyətinin izlənilməsi və bacarıq səviyyəsinin qiymətləndirilməsi üçün müəllimlər formativ qiymətləndirmə dəftərindən istifadə edirlər. Təlim-tərbiyə işləri üzrə direktor müavini Sevinc Raziyeva müəllimlərlə birlikdə ingilis dili müəllimi Kamilə Qəmərlinin təhsilalanların fəaliyyətini izləməsini və onun nailiyyət səviyyəsinə uyğunluğunu müzakirə ediblər. Bu yanaşmadan istifadə etmənin təhsilalanların qiymətləndirilməsində şəffaflığı, obyektivliyi təmin etdiyi vurğulanıb. Belə qiymətləndirmənin təhsilalanları qiymət almaq naminə deyil, təhsil almaq üçün fəaliyyətə təhrik etdiyi və nəticə etibarı ilə təhsilin keyfiyyətinin yüksəldilməsini dəstəklədiyi qeyd olunub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi