Formativ qiymətləndirmə vasitələri hazırlanır

Təhsil islahatı çərçivəsində təhsilalanların fəaliyyətinin izlənilməsi və onların əldə etdikləri biliklərin bacarığa çevrilmə səviyyəsini müəyyən etmək üçün Rubriklərin və onun səviyyələrinə uyğun vasitələrin hazırlanması mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan məktəb-liseyin riyaziyyat müəllimi Vəfa Sadıxovanın 204 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Vəsilə Mahmudova ilə birlikdə 4-cü sinif müəllim və şagirdləri üçün tərtib etdiyi "Riyaziyyatdan formativ qiymətləndirmə tapşırıqları", məktəb-liseyin direktoru, riyaziyyat üzrə fəlsəfə doktoru Nəbi Mahmudovun riyaziyyat müəllimi Rəna Rzayeva ilə birlikdə 6-cı sinif riyaziyyat müəllimi və şagirdləri üçün tərtib etdiyi "Riyaziyyatdan formativ qiymətləndirmə vasitələri", Riyaziyyat müəllimləri Rəna Rzayeva, Ədibə Rəhimova və Nəbi Mahmudovun birlikdə hazırladıqları "Riyaziyyatdan təhsilalanın fəaliyyətinin izlənilməsi və qiymətləndirilməsi üçün rubriklər" (8-ci sinif riyaziyyat müəllimləri üçün), Azərbaycan dili və ədəbiyyat müəllimi Vəsilə Hüseynovanın 6-cı sinif Azərbaycan dili müəllimləri üçün "Azərbaycan dilindən təhsilalanın fəaliyyətinin izlənilməsi və qiymətləndirilməsi üçün rubriklər" və "Təhsilalanın ədəbiyyatdan fəaliyyətinin izlənilməsi və qiymətləndirilməsi üçün rubriklər", texnologiya müəllimi Ehtiram Eminovun 5-ci sinif texnologiya müəllimləri üçün "Təhsilalanın texnologiyadan fəaliyyətinin izlənilməsi və qiymətləndirilməsi üçün rubriklər" adlı vəsaitləri çap olunub. Müəllimlər bu metodik vəsaitlərdən faydalanaraq təhsilalanların fəaliyyətini izləyir, istifadəetmə bacarıqlarını qiymətləndirir, onları nailiyyət qiymətləndirmələrinə hazırlayırlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi