12 Noyabr-Konstitusiya gününə həsr olunmuş Binəqədi rayon orta ümumtəhsil məktəbləri arasında “Xəmsə” Milli İntellektual Oyunu keçirilmişdir

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, rayon Gənclər və İdman İdarəsi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyi və Gənclərin İntellektual İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 12 noyabr 2015-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında yeniyetmə və gənclərin intellektual səviyyəsi və dünyagörüşünü artırmaq məqsədi ilə 12 Noyabr-Konstitusiya gününə həsr olunmuş Binəqədi rayon orta ümumtəhsil məktəbləri arasında “Xəmsə” Milli İntellektual Oyunu keçirilmişdir. Yarışda tərkibi 5 əsas və 1 ehtiyat oyunçudan ibarət olmaqla Binəqədi bələdiyyəsinin ərazisindən 83 №li məktəb-liseyin, 283 №li tam orta məktəbin, Binəqədi qəsəbə bələdiyyəsinin ərazisindən 179 №li tam orta məktəbin, Rəsulzadə bələdiyyəsinin ərazisindən 100 №li tam orta məktəb və 143 №li tam orta məktəb, Biləcəri bələdiyyəsinin ərazisindən 299 №li məktəb-lisey və Xocasən bələdiyyəsinin ərazisindən 313 № li tam orta məktəbin komandaları iştirak etmişdir.Yarışda 83 №li məktəb-liseyin “Erudit” komandası I yeri, tutmuşlar. Mükafatlandırma mərasimində Binəqədi Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov iştirak etmişlər.Əvvəlcə İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov qalibləri təbrik etdi və onlara 12 Noyabr-Azərbaycan Respublikasının Konstitusiya günü ilə bağlı məlumat verdi. Sonra qaliblər kubok, diplom və xatirə hədiyyələri ilə təltif olundular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi