General Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “General Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında” 20.10.2015-ci il tarixli, 1012 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə əmr edirəm:1. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20.10.2015-ci il tarixli, 1012 nömrəli əmri icra üçün qəbul edilsin. 2. “General Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).3.Ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri Tədbirlər Planının icrasını təmin etsinlər və görülmüş işlər barədə hesabatları 21 dekabr 2015-ci il tarixədək Təhsil İdarəsinə təhvil versinlər.4.Məktəbdənkənar fəaliyyətin təşkili sektoru (A.Əzizov) Tədbirlər Planının yüksək səviyyədə həyata keçirilməsini təmin etsin.5.Ümumi sektor (S.Rəsulova) əmr və Tədbirlər Planının çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin. 6.İctimaiyyətlə əlaqə sektoru (A.Tairquliyeva) Tədbirlər Planının icrası ilə əlaqədar keçirilən tədbirlərin kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılmasını və İdarənin internet saytında yerləşdirilməsini təmin etsin.7.Əmrin icrasına nəzarət müdir müavini M.Kəsəmənliyə həvalə edilsin. Əsas: Azərbaycan Respublikası Təhsil Nazirliyinin 20.10.2015-ci il tarixli, 1012 nömrəli əmri.Nazir müavini,Bakı Şəhəri üzrə Təhsil İdarəsininmüdir səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramov 03 noyabr 2015 – ci il№ 270Əlavə: “General Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında” Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tədbirlər planıhttp://bakuedu.gov.az/medicine/uploads/files/%E2%80%9CGeneral%20S%C9%99m%C9%99d%20b%C9%99y%20Mehmandarovun%20160%20illik%20yubileyinin%20ke%C3%A7irilm%C9%99si%20haqq%C4%B1nda%E2%80%9D%20%20Bak%C4%B1%20%20%C5%9E%C9%99h%C9%99ri%20%20%C3%BCzr%C9%99%20T%C9%99hsil%20%C4%B0dar%C9%99sinin%20t%C9%99dbirl%C9%99r%20plan%C4%B1.pdf
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi