“Sabahın alimləri” V Respublika müsabiqəsi ilə bağlı dəyirmi masa keçirilib

Oktyabrın 26 - da Akademik Zərifə Əliyeva adına liseydə “Sabahın alimləri” V Respublika müsabiqəsi ilə bağlı dəyirmi masa keçirilmişdir. İclasda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Məhəbbət Vəliyeva, İdarənin İnkişaf layihələri sektorunun müdiri Lamiyə Şərəfxanova, Təhsil Nazirliyinin (TN) nümayəndəsi Atiq Əliyev və 100 – dən artıq məktəbin direktoru iştirak etmişdir. Dəyirmi masanın keçirilməsində əsas məqsəd müsabiqədə bir neçə il qaliblər sırasında olmuş məktəblərin təcrübəsini digər məktəblərlə bölüşmək olmuşdur. Paytaxtın ümumtəhsil müəssisələrinin yuxarı sinif şagirdləri arasında elm və mühəndislik sahəsində milli müsabiqənin keçirilməsi və həmin müsabiqənin qalibləri sırasından ən layiqlilərinin seçilib İntel ISEF müsabiqəsinə göndərilməsi, müsabiqəyə qoşulan məktəblərin sayının artırılması, həmçinin hər il eyni məktəblərin iştirakının deyil yeni məktəblərin qoşulmasının təmin edilməsi iclasın əsas mövzularından olub.BŞTİ – nin müdir müavini Məhəbbət Vəliyeva çıxış edərək “Sabahın alimləri” müsabiqəsinin keçirilməsinin əsas məqsədinin yuxarı sinif şagirdlərinə elmi təfəkkür tərzi və tədqiqatçılıq vərdişlərinin aşılanmasından ibarət olduğunu bildirib.Akademik Zərifə Əliyeva adına liseyin direktoru Mehriban Vəliyeva ev sahibliyi etdiyi iclasda “Sabahın alimləri” müsabiqəsi ilə bağlı fikirlərini, həmçinin liseydə fəaliyyət göstərən Kiçik Akademiya haqqında təcrübələrini, təkliflərini və məsləhətlərini digər məktəblərlə bölüşüb. Bakı Avropa Liseyinin direktoru Aygün Mikayılova isə bir neçə il qaliblər sırasında olmuş liseyin təcrübələrini bölüşərək şagirdlərin beynəlxalq elm yarışlarında qazandıqları hər bir uğurun bütövlükdə ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib. İclasda iştirak edən 16 nömrəli Texniki Humanitar Liseyin direktoru Ülviyyə Vəliyeva hazırladığı təqdimatla bütün nüansları müsabiqədə iştirak etməyə maraqlı olan digər məktəb direktorlarına çatdırıb. İntel korporasiyasının MDB ölkələri üzrə meneceri Tatyana Nanayeva da iclasa telefonla bağlanaraq bu cür müsabiqələrin məktəblilərin elmə marağının artırılması, onların istedad, bacarıq və elmi potensialının üzə çıxarılması baxımından gərəkli olduğunu qeyd edib. TN – nin nümayəndəsi Atiq Əliyev isə “Sabahın alimləri” müsabiqəsinin işçi qrupunun üzvü olaraq müsabiqəyə hazırlıq məqsədilə şagirdlər üçün təşkil olunacaq seminarlar və müsabiqənin keçirilmə vaxtı barədə geniş məlumat verib.Qeyd edək ki, 2016 – cı il 11 - 13 fevral tarixlərində “Sabahın alimləri” V Respublika müsabiqəsi keçiriləcək.“Sabahın alimləri” müsabiqəsi hər il ABŞ-da 70 - dən artıq ölkənin şagirdlərinin iştirakı ilə keçirilən İntel ISEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil olunur. Müsabiqədə Azərbaycanın bütün rayonlarında yerləşən ümumtəhsil məktəblərinin 9 - 11 - ci siniflərində təhsil alan şagirdlər iştirak edə bilərlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi