SON ZƏNG
Bakı şəhəri 83 №-li məktəb-liseydə 14 iyun 2017-ci il-ci il tarixində “Son zəng” tədbiri keçirilmişdir. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Bakı Şəhəri üzrə Təhsil İdarəsi Hüquq sektorunun baş məsləhətçisi Elnur Cəfərov, validetynlər iştirak etmişlər. "Son zəng" tədbiri musiqi sədaları altında Azərbaycanın Respublikasının Dövlət Bayrağının gətirilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı. Məktəb-liseyin direktoru Nəbi Mahmudov hesabatla çıxış etdi, məzunlara uğurlar arzuladı. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov çıxış edərək məzunları, müəllim və valideynləri təbrik etdi. O, Ulu öndərin ideyalarının həyata keçirilməsi üçün təhsil müəssisələrinin, müəllimlərin, məzunların qarşısında duran vəzifələri qeyd etdi. Tədbir şagirdlərin ifasında şeir, musiqi nömrələri ilə başa çatdı.