ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 94-CÜ İLDÖNÜMÜ
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə məktəbimizdə fəaliyyət planına əsasən silsilə tədbirlər keçirildi. 10.05.2017-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibəti ilə Binəqədi rayonu ərazisində ümumrayon iməciliyi və güləkmə aksiyaları keçirilib. Məktəbimizin müəllim və şagirdləri də təşkil edilmiş iməcilikdə iştirak etmiş, ərazidə abadlıq və yaşıllaşdırma işləri aparmışlar.10.05.2017-ci il tarixdə ilk dərslər Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olundu. Dərslərdə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş slaydlar nümayiş olundu. Dərs gününün sonunda tarix müəllimi Kəmalə Qurbanovanın təşkilatçılığı ilə dəyirmi masa keçirildi. Şagirdlərimiz hazırladıqları təqdimatda ulu öndərin ölkə iqtisadiyyatına, təhsilinə, səhiyyəsinə göstərdiyi qayğıya toxundular.