Bu gün 83 nömrəli məktəb-liseydə “Bilik günü” tədbiri keçirildi.
Sentyabrın 15-i Azərbaycan təhsil ictimaiyyətinin bayramı, Bilik günüdür. Ölkəmizdə yeni dərs ili başlayır. Bu münasibətlə 83 nömrəli məktəb-liseydə “Bilik günü” tədbiri keçirilib. Tədbirdə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib . Tədbiri giriş sözü ilə açan 83 nömrəli məktəb-liseyin tərbiyə işləri üzrə direktor müavini Aybəniz Əliyeva çıxış edərək bu ilki I sinifə gələn uşaqları təbrik edib və onlara uğurlar arzulayıb. Sonra 83 nömrəli məktəb-liseyin direktoru Nəbi Mahmudov öz çıxışında qeyd edib ki, Azərbaycan təhsilinin bugünkü inkişafı öz mənbəyini ötən əsrin 70-ci illərindən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılan uzaqgörən və məqsədyönlü siyasətdən alıb. O vaxtdan başlayan qlobal miqyaslı təhsil quruculuğu sonrakı inkişaf üçün güclü təməl olub. Bu fikri faktlar da təsdiqəyir. Böyük öndərin imzaladığı "Ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklərdən pulsuz istifadə etməyə keçmək haqqında" qərarı da onun xalqına böyük töhfəsi idi. Ulu öndər müəllimlərə də hər zaman sonsuz hörmətlə yanaşıb. O illərdə çox sayda təhsil işçisi SSRİ-nin orden və medallarına, fəxri adlara layiq görülüb Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Bir faktı xatırlatmaq kifayətdir: ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə Dövlət proqramları uğurla həyata keçirilir. Bu, bir həqiqətə - Prezident İlham Əliyevin təhsili dövlət siyasətinin prioritetlərindən biri kimi diqqətdə saxlaması həqiqətinə söykənir. Sonda direktor yeni dərs ilinin başlaması münasibətilə təhsil ictimaiyyətini, müəllimləri, valideynləri və şagirdləri təbrik edib, onlara uğurlar arzulayıb.