“Sülh naminə birləşək!” mövzusunda rəsm müsabiqəsinin keçirilməsi barədə
Azərbaycan Respublikası təhsil nazirinin YUNESKO - nun 70 illik yubileyi münasibətilə 21 sentyabr – Beynəlxalq Sülh Gününə həsr olunmuş “Sülh naminə birləşək!” mövzusunda respublika rəsm müsabiqəsinin keçirilməsi barədə 07.08.2015-ci il tarixli 861 nömrəli əmrinin icrasını təmin etmək məqsədiləəmr edirəm:1. Azərbaycan Respublikası təhsil nazirinin YUNESKO - nun 70 illik yubileyi münasibətilə 21 sentyabr - Beynalxalq Sülh Gününə həsr olunmuş “Sülh naminə birləşək!” mövzusunda respublika rəsm müsabiqəsinin keçirilməsi barədə 07.08.2015-ci il tarixli 861 nomrəli əmri icra üçün qəbul olunsun.2. Müsabiqənin Baki şəhər mərhələsinin keçirilməsi ilə əlaqədar təşkilat komitəsinin tarkibi təsdiq edilsin (əlavə olunur).3. Təhsil müəssisələrinin rəhbərləri təqdim olunan əsasnaməyə uyğun olaraq müsabiqənin yerlərdə təşkili ilə əlaqədar lazımi işlər görsünlər.4.Məktəbdənkənar fəaliyyətin taşkili sektoru (A.Əzizov), Ümumtəhsil sektoru (A.Yusifov) müsabiqənin yüksək səviyyədə keçirilməsini təmin etsin.5.İctimaiyyətlə əlaqələr sektoru (A.Tairquliyeva) müsabiqə barəda sənədlərin İdarənin internet saytında yerləşdirilməsini təmin etsin.6. Ümumi sektor (S.Rəsulova) əmrin əlavələrlə birlikdə çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.7.Əmrin icrasına nəzarət müdir müavini M. Kəsəmənliyə həvalə edilsin.Əsas: Azərbaycan Respublikası təhsil nazirinin 07.08.2015-ci il tarixli 861 nömrəli əmri.Nazir müavini,Bakı Şəhəri üzrə Təhsil İdarəsininmüdir səlahiyyətlərini müvəqqəti icra edən Ceyhun Bayramov