Direktoyanı müşavirə təşkil olunub

BŞTİ tərəfindən tədrisin keyfiyyətinin arıtırılması və şagirdlərin nailiyyətlərinin yüksəldilməsi məqsədi ilə Keyfiyyət Fəaliyyət Planı hazırlanmış və yanvar ayından etibarən icrasına başlanılmışdır. Bu istiqamətdə hər regional təhsil idarəsi üzrə son 3 ilin nəticələri analiz edilmiş, müvafiq olaraq cari ilin 4, 6 monitorinq və 9 buraxılış nəticələri üçün hədəflər təyin edilmişdir. Bununla yanaşı, hər bir RTİ və rayonlar üzrə zəif nəticə göstərmiş şagirdlərin (nəticəsi 30%-dan aşağı olan şagirdlər) nisbəti hesablanmışdır.
Təqdim edilən hesabatla tanış olub məktəb liseydə tədrisin keyfiyyətinin ölçülməsi , təhlil olunması müəyyən olunmuş hədəflərə çatmaq üçün hazırlanmış inkişaf planının icra vəziyyəti , və qarşıda duran vəzifələrlə bağlı 27.02.2025-ci il tarixində direktoyanı müşavirə təşkil olunub.
İclasda iştirak edən məktəb rəhbərliyi, təlim tərbiyə işləri üzrə direktor müavinləri , metodbirləşmə rəhbərləri , müvafiq siniflərdə fənləri tədris müəllimlər mövzu ilə bağlı görülən işlər və vəzifələr ətrafında geniş müzakirələr aparıblar. Zəif nəticələri yaxşılaşdırmaq , müəyyən olunmuş hədəfə çatmaq üçün inkişaf planında nəzərdə tutulmuş fəaliyyətlərin mütəşəkkil və səmərəli icrası tövsiyə olunub.