I-XI siniflər üzrə ümumməktəb valideyn iclası keçirilib

08.02.2025-ci il tarixində məktəb-liseydə I-XI siniflər üzrə ümumməktəb valideyn iclası keçirilib.
Valideyn iclasının gündəliyində duran məsələlər:
1. BSQ 1 və 1-ci yarımil üzrə şagirdlərin təlim nəticələri; 2. Şagird davranış qaydalarının tətbiqi vəziyyəti və 3. cari məsələlər olub.
Sinif rəhbərləri və fənn müəllimləri tərəfindən birinci yarımildə keçirilən BSQ və şagirdlərin təlim nəticələri barədə valideynlərə hesabatlar təqdim olunub, müzakirələr aparılıb. Zəif nəticə göstərən şagirdlərin inkişafı üçün əlavə dəstək proqramları müzakirə olunub. Məktəb-lisey rəhbərliyi şagirdlərin nizam-intizam qaydalarına riayət etmələrinin vacibliyini vurğulayıb. Şagirdlərin məktəbdaxili qaydalara əməl etmələri, davranış qaydaları haqqında ətraflı tövsiyələr verilib. Valideynlərə övladlarının təhsil həyatında yaxından iştirak üçün məktəblə daha sıx əməkdaşlıq etmələri təklif olunub.