I yarımilin yekunlarına həsr olunmuş Pedaqoji Şura iclası keçirilib

07.02.2025-ci il tarixində məktəb-liseydə 2024-2025-ci tədris ilinin I yarımilinin yekunlarına həsr olunmuş Pedaqoji Şura iclası keçirilib.

Məktəb liseyin direktoru Almaz Bayramova 1-ci yarımil ərzində görülmüş işlər və 2-ci yarımildə qarşıda duran hədəflər, vəzifələr barədə geniş məruzə edib.

Daha sonra təlim - tərbiyə işləri üzrə direktor müavinləri məktəbdaxili qiymətləndirmə və I yarımil üzrə təlim məticələri barədə hesabatlarını təqdim ediblər.

Ötən tədris ilində TİKTA tərəfindən məktəb-liseydə aparılmış monitorinq nəticələrinin hesabatı məktəb-liseyin direktoru tərəfindən pedaqoji heyətin nəzərinə çatdırılıb. Dərs bölgüsündə edilmiş dəyişikliklər haqqında məlumat verilib.

Şagird davranış qaydalarının tətbiqi vəziyyəti müzakirə olunub. Cari məsələlərdə intizam məsuliyyəti haqqında məsələlərə toxunulub.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi