"Konstitusiya və Suverenlik ilinin 35 illik qan yaddaşı" adlı tədbir keçirilib

17.01.2025 ci il tarixində məktəb-liseydə "20 Yanvar faciəsi"nə həsr edilmiş "Konstitusiya və Suverenlik ilinin 35 illik qan yaddaşı" adlı tədbir keçirilib.
Tədbirin əsas məqsədi Azərbaycan xalqının müstəqillik və suverenlik uğrunda mübarizəsini simvolizə edən "20 Yanvar" faciəsini qanlı bir tarix deyil, həm də xalqın qəhrəmanlıq, mübariz, həmrəylik ruhunun təcəssümü olduğunu şagirdlərə aşılamaq olub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı və şəhidlərimizin müqqəddəs ruhu bir dəqiqəlik sükutla yad edildi.
Məktəb-liseyin tarix müəllimi Fatma Abbasəliyeva "20 Yanvar" hadisələrinin tarixi ilə bağlı geniş məruzə edərək şagirdləri ətraflı məlumatlandırdı, şagirdləri maraqlandıran sualları cavablandırdı.
Tədbirin sonunda mövzu ilə bağlı film nümayiş etdirildi.