"Danışır təcrübə" adlı maraqlı sərgi təşkil edilib

28.10.2024-cü il tarixdə 83 nömrəli məktəb-liseydə Uşaq Birliyi Təşkilatının rəhbəri Səyyarə Alıyevanın təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Danışır təcrübə" adlı şagirdlərin bəslədikləri heyvan və quşların sərgisi keçirilib.

Sərgidə it, fərqli cinslərdən olan pişiklər, hamster, balıq, fərqli cinslərdən olan tutuquşuları nümayiş etdirilib, şagirdlər canlılara qulluq edərkən qazandıqları təcrübəni digər şagirdlərlə paylaşıblar.

Sərgidə valideynlərdən Türkan İsmayılova, Marina Korobova, Gülrubə Hüseynova, Könül Cəfərova əməkdaşlıq ediblər. Məktəb-liseyin direktoru Almaz Bayramovanın şagirdlərlə ev heyvanlarına aid diskussiyası motivasiyanın yüksəlməsinə səbəb olmuşdur.

Sərgi şagirdlər üçün öyrədici idi və keçirilməsində məqsəd şagirdlərdə təbiətdəki canlılara diqqət və qayğının əhəmiyyətli olduğunun çatdırılması, canlılara məhəbbət hissinin aşılanması olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi