"İqlim dəyişikliyi - COP29" adlı mühazirə keçirilib
25 oktyabr 2024-cü ildə 83 nömrəli məktəb-liseyin 9C və 9E sinif şagirdləri ilə məktəb-liseyin coğrafiya müəllimləri Səidə Məmmədova və Aytən Əliyevanın təşkilatçılığı altında “İqlim dəyişikliyi-COP29" la bağlı mühazirə keçirilib.
Mühazirənin məqsədi COP29 haqqında iştirakçı şagirdləri məlumatlandırmaq olub. İlk öncə himn səsləndirildi, sonra 9C və 9E sinif şagirdləri hazırladıqları təqdimatlarla geniş məlumat verdilər. Mühazirə müddətində iqlim dəyişikliyi-COP29 ilə bağlı 9C sinif şagirdləri Sübhan Həsənli, Aydan Seyidova, Suel Səmədzadə, Aysu Əlinin ibtidai sinif şagirdləri ilə apardıqları müsahibənin videoçarxları nümayiş olundu. Daha sonra akt zalında iştirak edən məktəb-liseyin 8,9,10–cu sinif şagirdlərinə tərtib olunan suallar təqdim edildi və doğru cavab verən şagirdlər hədiyyə ilə mükafatlandırılıb. Mühazirənin sonunda 9C sinif şagirdi Aydan Seyidovanın təqdimatında COP29 –la bağlı yazdığı şeiri səsləndirilib.