"Yaşıl həyat, sağlam gələcək" adlı mini futbol yarışı keçirilib

83 nömrəli məktəb-liseyin idman zalında Uşaq Birliyi Təşkilatının rəhbəri Səyyarə Alıyevanın rəhbərliyi, fiziki tərbiyə fənn müəllimləri Xalidə Alxanova, Mircavad Talıblı, Ziya Əliyarovun əməkdaşlığı ilə UBT üzvləri arasında "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Yaşıl həyat, sağlam gələcək" adlı mini futbol yarışı keçirilib.

Yarışda oyunun hakimi Mircavad Talıblının rəhbərliyi ilə "Yaşıl həyat", "Yaşıl enerji", Yaşıl gələcək", "Yaşıl dünya" komandaları arasında dörd oyun keçirilib. Oyunun nəticələrinə görə "Yaşıl gələcək" komandası yekun oyunda dörd qolla I yerə, "Yaşıl enerji komandası yekun oyunda iki qolla II yerə, "Yaşıl dünya" komandası ikinci görüşdə iki qolla III yerə, "Yaşıl həyat" komandası ikinci görüşdə bir qolla təşəkkürnaməyə layiq görülüb. Tədbirin sonunda UBT-nin üzvü Məhəmmədəli Vəlizadənin ifasında "Vətən yaxşıdır" təsnifi təqdim edilib.

Məktəb-liseyin direktoru Almaz Bayramova tədbirdə çıxış edərək COP29-un əhəmiyyəti haqqında tədbir iştirakçılarını məlumatlandıraraq, komanda üzvlərini diplom və təşəkkürnamələrlə təltif edib.

Mini futbol yarışında valideynlərdən Lalə Məmmədova, Tahirə İmaməliyeva, Leyla Camalova, Firuzə Rzayeva, Südabə Qafarlı, Aygün Abbasova , Aysel Soltanova, Elnarə Abbasova, Natəvan Əliyeva, Günay Nəsirli əməkdaşlıq etmişlər.

Mini futbol yarışının keçirilməsində məqsəd şagirdlərdə təbiətin insan həyatındakı əhəmiyyətinin vacibliyi haqqında məlumatlılıq səviyyəsinin artırılması, koorperasiya, kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi, gələcək üçün sağlam nəslin yetişdirilməsi olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi