"İqlim dəyişikliyinin qarşısının alınmasında fərdin rolu" mövzusunda dəyirmi masa keçirilib
24.10.2024-cü il tarixində məktəb-liseydə "Yaşıl dünya naminə həmrəylik " ili çərçivəsində dəyirmi masa keçirilib. Biologiya müəllimi Kəmalə İslamın təşkilatçılığı ilə "İqlim dəyişikliyinin qarşısının alınmasında fərdin rolu" mövzusunda keçirilən dəyirmi masada 8-11-ci sinif şagirdləri iştirak ediblər. Dəyirmi masa bir neçə mərhələdə təşkil olunub.
Əvvəlcə COP 29 və iqlim dəyişikliyi haqqında ümumi müzakirə aparılıb. İkinci mərhələdə iqlim dəyişikliyində "Bir fərd,yoxsa bütöv cəmiyyət?" başlığı ilə debat təşkil olunub. Üçüncü mərhələdə isə cütlərlə iş aparılaraq, şagirdlərə müxtəlif şəkillər təsvir olunmuş kartlar təqdim edilib. Hər bir cüt ona təqdim olunmuş şəkillərə əsasən iqlim dəyişikliyinin səbəbi və bunu aradan qaldırmaqda bir fərd olaraq nə edə biləcəyi haqqında fikirlərini bölüşüblər.
Dəyirmi masada məktəb direktoru Almaz Bayramova iştirak etmiş, şagirdlərin sərbəst fikir söyləmək ,verilən tapşırığı anlamaq və ona verilmiş imkanı dəyərləndirmək bacarıqlarını qiymətləndirib.