Milli Hidrometerologiya Mərkəzinə ekskursiya təşkil olunub

21 oktyabr 2024-cü ildə "Ekologiya aylığı" , COP-29 -la bağlı maarifləndirmə tədbirləri çərçivəsində məktəb-liseyin 7,8,9 və 10-cu sinif şagirdlərinin bir qrupu və məktəbin coğrafiya müəllimləri Məlahət Teyli və Aytən Əliyeva Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Xidmətində ekskursiyada olublar.

Ekskursiya zamanı şagirdlər havanın dəyişməsi, hava axını, hava proqnozlarının verilməsi üçün istifadə edilən ən müasir radarların, günlük, həftəlik və aylıq proqnozların hazırlanması sxemləri ilə tanış olublar. Dağlıq və düzənlik ərazilərdə hava şəraitinin dəyişməsini, yağıntıların düşməsini 3D formatında izlədilər. Respublikamızın ərazisində olan çaylarda sululuğun dəyişməsi, sel və daşqınların əmələ gəlməsi hadisələrini canlı izlədilər. Hidrometorologiya muzeyində qədim və müasir avadanlıqlar,onların fərqləri haqqında məlumarları öyrəndilər.

Şagirdləri maraqlandıran sualları Hidrometeroloji Xidmətin mütəxəssisləri ətraflı cavablandırıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi