"Yaşıl gələcək" adlı tədbir keçirilib
İqlim dəyişikliyi tədbirləri qlobal istiləşmə və onun nəticələri ilə mübarizə aparmaq üçün ən vacib vasitələrdən biridir. Bu tədbirlər ölkələri bir araya gətirərək iqlim dəyişikliyinə qarşı qlobal əməkdaşlıq yaratmağa və effektiv həllər tapmağa imkan verir. Belə tədbirlərin əsas məqsədi, planetin istiləşməsini məhdudlaşdırmaq, karbon emissiyalarını azaltmaq və ekosistemləri qorumaqdır.
Məsələn, yaxınlaşan COP29 konfransı 2024-cü ildə Bakıda keçiriləcək və əsas diqqət iqlim maliyyələşməsinə yönələcəkdir. Burada əsas məsələ inkişaf etməkdə olan ölkələr üçün maliyyə vəsaitlərinin ayrılması və onların iqlim dəyişikliyi ilə mübarizədə daha təsirli addımlar atmasına kömək etməkdir. Bu tədbir həmçinin karbon bazarları, itki və zərərlər fondunun genişləndirilməsi kimi mühüm mövzulara da toxunacaq.
Məktəb-liseyin 2A sinif şagirdləri də iqlim dəyişikliyi mövzusunu kiçik tədbir şəklində qeyd etdilər. Tədbirdə "Ana təbiət" obrazı insanları dünyamızı qorumağa və gözəlləşdirməyə səslədi. Şagirdlərin hər biri öz çıxışında qlobal problemlərə toxundu və həmin problemlərin həllərini özünəməxsus şəkildə cavablandırdılar.