Şagirdlərimiz "Balaca Karlson" tamaşasını izləyiblər
Teatr uşaqların yaradıcılıq qabiliyyətlərini, empati hisslərini və dünyagörüşlərini genişləndirmək üçün əla vasitədir. Uşaqlar teatr vasitəsilə müxtəlif xarakterləri, hadisələri və həyat dərslərini öyrənir, bu da onların şəxsi və sosial inkişafına töhfə verir. Teatr mühitində olma onlarda özünüifadə qabiliyyətini, inamını və ictimai nitq bacarıqlarını inkişaf etdirir.
Aysel Məmmədovanın rəhbərlik etdiyi 2A sinif şagirdləri də 19.10.2024 tarixində Şuşa Dövlət Musiqili Dram Teatrında "Balaca Karlson" tamaşasını izlədilər. Tamaşa məktəblilərin yaddaşında xoş təəssüratlarla qaldı.