17 Oktyabr - Füzuli Şəhəri Günüdür
Birinci Qarabağ müharibəsində 1993- cü il avqustun 23-ü Füzuli rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 27 il sonra 2020- ci il 17 oktyabr tarixində Azərbaycanın yenilməz ordusu tərəfindən Füzuli rayonu işğaldan tam azad olunub.
Artıq Füzuli rayonuna böyük qayıdış başlayıb. Məcburi köçkünlər öz doğma torpaqlarına geri qayıdırlar. İllərin həsrəti sona çatdı.
Hər qarış torpağında şəhid qanı olan Füzuli rayonu sən azadsan! Biz səni dirçəldirik!
Artıq 4 ildir ki, biz bu tarixi Füzuli rayonunun işğaldan azad edildiyi gün kimi qeyd edirik. Məktəb-iseyin 3B sinfi bu zəfəri Müseyibli Aynurə müəllimənin təşəbbüsü ilə qeyd edib.