"Təhlükəsizlik tədbirləri barədə" valideynlərlə maarifləndirici görüş keçirilib
Məktəb-liseydə "Təhlükəsizlik tədbirləri barədə" müvafiq əmrə əsasən valideynlərlə maarifləndirici görüş keçirilib. Valideynlər təhlükəsizlik qaydaları ilə tanış olublar. Qeyd edək ki, məktəblərdə normal iş ahənginin qurulmasının və təlim-tərbiyə prosesinin mövcud qanunvericiliyin tələblərinə uyğun aparılmasının mühüm şərtlərindən biri də müəssisədə təhlükəsiz mühitin yaradılmasıdır.