"Hərəyə bir çiçək əkək" adlı iməcilik təşkil edilib

26.09.2024-cü il tarixdə 83 nömrəli məktəb-liseydə Uşaq Birliyi Təşkilatının rəhbəri Səyyarə Alıyevanın rəhbərliyi ilə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "27 Sentyabr-Anım Günü" münasibətilə "Hərəyə bir çiçək əkək" adlı iməcilik keçirilib. İməcilikdə Eko klubun üzvü olan Uşaq Birliyi Təşkilatının üzvləri, l və II növbədə təhsil alan paralel IV, V siniflərin şagirdləri mərhələrlə iştirak etmiş, texnologiya müəllimləri- Afaq Müstəcəbova, Səriyyə Müzəffərova, sinif rəhbərləri- Günay Bayramova, Təranə Allahverdiyeva, Səma Mədətova, Rəsmiyyə Babayeva, Nurhanə Əhmədova, Sevinc Allahverdiyeva, Elvira Eldarova, Sevda Mehdiyeva, Nüşabə Məmmədova, Zemfira Nuriyeva, Aysel Novruzova, Yazgül Quliyeva əməkdaşlıq ediblər. Şagirdlər dibçək çiçəkləri əkmək üçün ləvazimatlardan istifadə etməklə çiçək əkmə alqoritmini icra ediblər.

İməciliyin keçirilməsində məqsəd şagirdlərdə təbiətə olan qayğının, çiçək əkmə prosesi haqqında məlumatlılıq səviyyəsinin artırılması, əməyə münasibətin düzgün formalaşdırılması, Vətən müharibəsi şəhidlərinin xatirəsinin əziz tutulması və anılması olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi