"Təhsilverənlərin etik davranış qaydaları"

03.06.2024-cü il tarixində məktəb-liseydə növbədənkənar Pedaqoji şura iclası keçirilib.

İclasda geniş məruzə ilə çıxış edən məktəb liseyin direktoru Almaz Bayramova Azərbaycan Respublikası Elm Və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024-cü il tarixli KQ-07 nömrəli “Təhsilverənlərin etik davranış Qaydaları”nın təsdiq edilməsi haqqında qərarı və qərardan irəli gələn öhdəlikləri müəllimlərin nəzərinə çatdırıb. Korrupsiya hallarının qarşısının alınması və bu kimi hallarla mübarizə tədbirləri barədə pedaqoji heyət məlumatlandırılıb.

Təhsilverənlərin etik davranış prinsipləri, xidməti davranışı, xidməti fəaliyyətindən kənar davranışı ,eyni zamanda tədris ilinin sonuna uyğun olaraq digər vacib məsələlər haqqında müzakirələr aparılıb.

Sonda müəllimlərin fikirləri dinlənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi