"Həyat bir bumeranqdır "adlı layihə təqdim edilib

2024-cü ilin noyabr ayında Bakıda keçirilməsi nəzərdə tutulan COP 29 və Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən "Yaşıl dünya naminə həmrəylik "ili çərçivəsində məktəb-liseydə keçirilən tədbirlər davam edir.

30.05.2024-cü il tarixində məktəb liseyin 8B sinif şagirdləri və biologiya müəllimi Kəmalə İslamın rəhbərliyi ilə "Həyat bir bumeranqdır "adlı layihə təqdim edilib. Layihə 22 may Beynəlxalq Biomüxtəliflik və 5 iyun Ətraf Mühitin Mühafizəsi gününə həsr olunub.

Şagirdlər qruplara ayrılaraq biomüxtəliflik, onun azalma səbəbləri, azalmasının nəticələri və biomüxtəlifliyin azalmasının qarşısının alınması yolları istiqamətlərində tədqiqat aparıblar. Bir ay müddətində həyata keçirilən layihədə şagirdlər problem və onun həlli yollarını hərtərəfli araşdırmış, yaşıdları arasında sorğular keçirmiş, layihənin nə qədər əhəmiyyətli və aktual olduğunu müəyyən etmişlər. Hazırladıqları səhnəciklərdə, videoçarxlarda insanlara mühüm mesajlar vermiş, yaşıdlarını bu cür layihələrdə iştiraka dəvət etdilər. Müasir təhsilin tələbi olan layihə əsaslı öyrənmə şagirdlərin biliklərini bacarıqlara çevirmələrinə imkan verir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi