Təbiət Tarixi Muzeyinə ekskursiya təşkil edilib

Məktəb-liseyin UBT rəhbəri Səyyarə Alıyevanın təşkilatçılığı və rəhbərliyi ilə "Yaşıl dünya naminə" tədbirlər planına uyğun olaraq Binəqədi rayonu 83 nömrəli məktəb-liseyin V-VIII sinif şagirdlərindən təşkil olunmuş Uşaq Birliyi Təşkilatı üzvlərindən ibarət 26 nəfər şagird Təbiət Tarixi Muzeyinə ekskursiya etdilər.

Məktəb-liseyin kitabxana müdiri Xatirə Əliyeva, kitabxanaçı Aybəniz Quliyeva, valideynlər- İlahə Məmmədova, Mahizər İmaməliyeva ekskursiya zamanı nizam-intizam və təhlükəsizlik qaydalarına nəzarət ediblər.

Ekskursiyanın keçirilməsində məqsəd UBT üzvləri arasında əməkdaşlığın, dünyagörüşünün formalaşdırılması, təbiət və tarix haqqında biliklərin möhkəmləndirilməsi, müzeydə Azərbaycan ərazisində yaşamış və nəsli kəsilmiş heyvanlarla tanışlıq, asudə vaxtlarının səmərəli təşkil edilməsi olub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi