"28 May - Müstəqillik Günü" ilə bağlı tədbir keçirilib

27 may 2024 - cü il tarixində məktəb-liseydə " 28 May - Müstəqillik günü ilə bağlı tədbir keçirilib. Tədbirə Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanılıb. Daha sonra şəhidlərimizin əbədi xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəbin tarix müəllimi müstəqillik gününün tarixi haqqında məlumat verib.

Məktəb-liseyin 8-ci sinif şagirdləri mahnılar səsləndirib, rəqslər ifa ediblər. 6-cı sinif şagirdləri müstəqilliyimizin simvolu olan üçrəngli şanlı bayrağımıza aid şeir və təqdimatlar təqdim ediblər.

Tədbirin sonunda isə Ulu öndərimiz Heydər Əliyevin ve Ali Baş Komandanımız İlham Əliyevin tarixi çıxışları təqdim edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi