“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ekskursiya təşkil edilib

2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, ətraf mühitə qarşı məsuliyyət daşımağın və tədbirlər görməyin əhəmiyyətini bir daha vurğulayır. Bu məqsədlə məktəb-liseydə müxtəlif dərslər və ekskursiyalar təşkil edilir.

11.05.2024-cu ildə 83 Nli məktəb-liseyin 5B sinif şagirdləri sinif rəhbəri ve bir neçə valideynin iştirakı ilə Zirə eko parkına məktəb turu təşkil etdilər.

Tur boyunca uşaqlar əyləndilər, müxtəlif oyunlar oynadılar. Həmçinin Eko parkın nəzdindəki xalça muzeyinə və botanika bağına baş çəkdilər və çoxlu məlumat topladılar. Bundan əlavə park ərazisindəki nadir quş növlərini gördülər və bələdçi tərəfindən ətraflı şəkildə məlumatlandırıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi