"Heydər Əliyev və Azərbaycan tarixi" mövzulu referat-yazı müsabiqəsi keçirilib

Artıq ənənə halını almış Heydər Əliyev və Azərbaycan tarixi mövzulu referat-yazı müsabiqəsi bu il növbəti dəfə həyata keçirilir. Ulu Öndərin anadan olması ərəfəsində ilk olaraq rayon mərhələsi, bu gün isə yekun-şəhər mərhələsi keçirilib. Bakı Şəhəri İcra Hakimiyyətində “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans təşkil olunub.

Bu ilki müsabiqədə şəhərimizin 300 – dən artıq məktəbi və 2700-dən çox məktəblisi iştirak edib. Onların arasından daha müfəssəl, daha əhatəli işlənmiş, elmi cəhətdən mövzunu özündə yüksək səviyyədə əks etdirən referatlar seçilərək bu günkü konfransa təqdim edilib. Konfransda Bakı şəhərinin hər bir rayonunun təmsil olunduğu on iki elmi iş gənc tədqiqatçılar tərəfindən konfrans iştirakçılarına təqdim edilib.

Məktəb-liseyin 8-ci sinif şagirdi Zeynəb Səlimlinin müsabiqəyə təqdim etdiyi referat işi də seçilən işlər arasındadır. Şagirdimizə bu konfransda uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi