"Biz yaşılı sevirik" adlı layihə

30 aprel tarixində məktəb-liseyin ibtidai sinif müəllimi Xalidə müəllimənin rəhbərliyi altında 4B sinif şagirdləri “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində “İndidən çiçək əkməyi öyrənən uşaqlar gələcəyin ağac əkənləri olurlar“ şüarı ilə güləkmə layihəsini həyata keçirdilər.

Layihənin həyata keçirilməsinin səbəbi uşaqlarda əkdikləri çiçəyə davamlı olaraq qulluq etməklə, onlarda diqqət və qayğı hissinin artırılmasıdır .

Eyni zamanda şagirdlər nəticəsi gözəl olan bir şeyə çatmaq üçün davamlı əmək vermək lazım olduğunu da praktiki olaraq öyrənirlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi