"Ətraf mühiti yaşıllaşdıraq" adlı layihə

30 apreldə məktəb-liseyin ibtidai sinif müəllimi Aysel müəllimənin rəhbərliyi altında 3Ç sinif şagirdləri ilə birgə “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində “Ətraf Mühiti Yaşıllaşdıraq” şüarı ilə kiçik layihə həyata keçirdilər.

İlk olaraq şagirdlərlə məktəb-liseyin həyətində açıq səma altında yaşıl sərvətin canlı dünyamız üçün vacibliyi müzakirə olundu. Şagirdlərin fikirləri və maraqlı təklifləri dinlənildi.

Daha sonra işin praktik tərəfi həyata keçirildi. Şagirdlər yer kürəsi modeli təsviri olan dibçəkdə bitki əkərək özləri bu prosesin birbaşa iştirakçısı oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi