Uşaq Birliyi Təşkilatının iclası keçirilib

26.04.2024-cü il tarixdə Səyyarə Alıyevanın rəhbərliyi ilə Uşaq Birliyi Təşkilatının II iclası keçirilib. İclasın gündəliyində təşkilatın üzvlüyünə liderlərin seçilməsi müzakirə edilib. İclasın keçirilməsində məqsəd UBT-nin üzvlüyündə liderlərin seçilməsi, liderliyə namizədlərin təcrübəsinin təşkilat üzvləri ilə tanış edilməsi idi.

Liderliyə namizədlər-Xədicə Tağıyeva, Nuray Cəfərzadə, Zəhra Babakişiyeva, Əli Əliyev,Bəxtiyar Begiyev,Əli Tağıyev və UBT-nin məktəb-lisey üzrə sədri Zemfira Nuri hesabatla çıxış etmişlər.Çıxışlardan sonra liderlər UBT üzvlərinin səsverməsi əsasında seçildilər. UBT-nin sədri və liderlərin fəaliyyəti təşkilatın nişanı və təltifnamələrlə stimullaşdırıldı.

UBT-nin fəal üzvləri - Mehriban Abbasova, Böyükxan Mirzəyev, Xədicə Kərimli mədəni-kütləvi işlərdə fəal iştiraklarına görə təltif edildilər.

İclasda məktəb-liseyin direktoru Almaz Bayramova liderləri təbrik və təltif edib. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi