Yaşıl dünya naminə həmrəy Azərbaycan
Bildiyimiz kimi, Cənab Prezident İlham Əliyevin sərəncamı ilə 2024- cü il "Yaşıl dünya naminə Həmrəylik ili" adlandırıldı. Bu məqsədlə məktəb-liseydə müxtəlif tədbirlər həyata keçirilir. Tərtib olunan tədbirlər planına əsasən şagirdlər məktəb-liseydə "Yaşıl dəhlizin" salınmasına nail oldular. Şagirdlərin bu aksiyaya maraqla qoşulması, dibçək güllərinə və bitkilərə qulluq etməsi olduqca sevindiricidir. Bu aksiyanın keçirilməsində bizə dəstək olan valideynlərə öz təşəkkürümüzü bildiririk.