"Gənclərdə vətənpərvərlik hissinin təbliği" mövzusunda tədbir keçirilib

25 aprel 2024-cü il tarixində məktəb-liseydə milli vətənpərvərlik hissinin, gənclərin orduda xidmətə və vətəni qorumağa mənəvi psixoloji hazırlığının formalaşdırılması məqsədilə IX-X sinif şagirdlərinin ( 115 nəfər) iştirakı ilə tədbir keçirilib.

Tədbirdə məktəb-liseyin hərbi rəhbəri Elşad Qurbanov Ali Baş Komandanın güclü siyasətindən, müzəffər ordumuzun gücü, xalqımızın həmrəyliyi, vətənpərvər gənclərimizin şücaəti ilə qazanılan qələbəmizdən qürur hissi danışdı.

Şagirdlərimizin ifasında vətənimizi tərənnüm edən şeir və mahnılar səsləndi. Sonda məktəb-liseyin direktoru çıxış edərək gənclərin tərbiyəsində, vətənpərvər ruhda formalaşmasında milli mənəvi dəyərlərin rolunun əhəmiyyətini qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi