Məhəmməd Füzuli yaradıcılığına səyahət

24.04.2024-cü il tarixdə UBT rəhbəri Səyyarə Alıyevanın,Azərbaycan dili və ədəbiyyat fənn müəllimləri Təranə Allahverdiyevanın və Gülsarərə Əhmədovanın təşkilatçılığı ilə paralel 9-cu siniflərlərdə təhsil alan şagirdlərlə "Füzuli yaradıcılığına səyahət" adlı dəyirmi masa keçirilib. Dəyirmi masa ətrafında şagirdlər - Fidan Nemətli qəzəl söyləyib, Sultan İsalı Füzuli yaradıcılığı haqqında araşdırmalarını təqdim edib. Şagirdlər "Şikayətnamə" əsəri haqqında daha çox məlumatlı olduqlarını bildirmiş, tarixi faktlarla çıxış etdilər.

Füzuli yaradıcılığı ilə bağlı şagirdləri maraqlandıran məqamlar haqqında müəllimlər diskussiyanı davam etdiriblər.

Dəyirmi masa iştirakçıları Turkiyə Cümhuriyyəti Karabük Universitetinin professoru,şərqşünaslıq elmləri namizədi Ramazan Əhmədovun Füzuli yaradıcılığına həsr olunmuş maraqlı müsahibəsi ilə tanış edilmişdir.

Tədbirlərin keçirilməsində məqsəd şagirdlərin Füzulu yaradıcılığı ilə yaxından tanış etdirilməsi, Azərbaycan ədəbi irsinin öyrədilməsi, şagirdlər arasında əməkdaşlığın, onların bacarıqlarının inkişaf etdirilməsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi