“Novruz əsərlərdə” adlı tədbir keçirilib
Məktəb-liseyin 6-cı sinif şagirdlərinin iştirakı ilə “Novruz əsərlərdə” adlı tədbir keçirilib. Məktəb rəhbərliyinin, valideyn və şagirdlərin iştirak etdiyi tədbirdə xalqımızın qədim tarixini əks etdirən, milli adət və ənənələrimizi özündə birləşdirən Novruz bayramının tarixi, Novruz atributları haqqında geniş məlumat verilən əsərlərdən parçalar nümayiş etdirilib. Şagirdlər öz çıxışlarında Novruz bayramının sülh və əmin-amanlığın, insanlar arasında birliyin və mehribanlığın carçısı olmasını təqdim ediblər.
Tədbirdə çıxış edən məktəb-liseyin direktoru Almaz Bayramova milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasının vacibliyini şagirdlərin diqqətinə çatdırıb.
Bayram tədbirində şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz bayramına aid mahnılar oxuyub, şeirlər söyləyib, maraqlı səhnəciklər nümayiş etdiriblər. Şagirdlərin ifasında milli rəqslər, xalq oyunları, Keçəl və Kosanın məzəli əhvalatları, Bahar qızının gəlişi tədbirə rəngarənglik qatıb.